Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin hücum əmri ilə başlayan Rusiya-Ukrayna müharibəsi 98 gündür ki, davam edir.
Müharibə zamanı həm Rusiya, həm də Ukrayna çoxlu itkilər versə də, milyonlarla dinc Ukrayna vətəndaşı ölkələrini tərk etmək məcburiyyətində qalıb.
Müharibə davam edərkən, ABŞ-ın aparıcı qəzetlərindən olan "New York Times"a danışan ABŞ rəsmiləri diqqətçəkən bir iddia ilə çıxış ediblər.
Amerikalı rəsmilər aprel ayında Putinin şəxsən müharibəyə rəhbərlik etdiyi “Suriya qəssabı” ləqəbli general Aleksandr Dvornikovun ən azı iki həftədir meydana çıxmadığını bildiriblər. Qəzetə danışan mənbələr Putinin böyük ümidlərlə təyin etdiyi Dvornikovu vəzifəsindən azad etdiyini bildirilib.
Məlumata görə, Dvornikovun Ukraynaya təyinatının heç bir görünən effekti olmadığı qeyd edilib. İddialarla bağlı Moskva administrasiyasından heç bir açıqlama gəlməyib.
Bildirək ki, Ukraynadakı müharibədən əvvəl Dvornikov Suriyadakı müharibədə iştirak edib və Moskva adından Suriya lideri Bəşər Əsədi dəstəkləyib.
Putin məşhur generalı vəzifəsindən azad edib - İDDİA
01
iyun
13:52
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı