İranın Marağa şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin zabiti Vahab Fəramərzian güllələnib.

Bu barədə "Azad İran” "Telegram” kanalı xəbər yayıb.

SEPAH bu barədə hələlik heç bir açıqlama verməyib.

İİR mediasında yayılan məlumata görə, o, iyunun 16-da Marağa şəhərinin yaxınlığındakı bir kənddə dəfn olunub.

Qeyd edilir ki, İranın Xomeyn və Semnan şəhərlərində sözügedən qüvvələrin daha iki zabiti öldürülmüşdü.


 
скачать dle 12.1