Axşam.az xəbər verir ki, ifaçını izləməyə gələnlər arasında keçmiş həyat yoldaşı Ayşegül Yıldız və qızı Elif Ada Tatlısəs də yer alıb.
İbrahim qızını səhnəyə çıxartmağa çalışıb. Tatlısəs qızını nə qədər çağırsa da, o, utandığını deyib və səhnəyə çıxmayıb.
Müğənni isə "Gəl, pul verəcəm. 100 lirə verəcəm... 200, 300... " sözlərini söyləyib. Elif isə utandığı üçün, anasına qısılıb və ona cavab verməyib.
