Rusiya-Ukrayna müharibəsində hazırda bizim rolumuz görüşlərə ev sahibliyidir. Ev sahibi qismində vasitəçilik rolumuz var.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərinə dair açıqlamasında bildirib.
O qeyd edib ki, ölkəsi uzun müddətdir ki, Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üçün işlər görür: "Mən bu məsələni bir neçə dəfə cənab Putin və cənab Zelenski ilə müzakirə etmişəm. Xarici İşlər və Milli Müdafiə nazirlərimiz də həmkarları ilə görüşlər keçiriblər. Nəticədə ötən həftə İstanbulda keçirilən texniki iclasda BMT-nin planı çərçivəsində prosesin əsas xətləri ilə bağlı razılıq əldə olunub. İndi bu həftə biz bu razılaşmanı yazılı mətnlə təsdiqləmək istəyirik. Ümid edirik ki, yaxın günlərdə planı həyata keçirməyə başlayacağıq”.
Ərdoğan əlavə edib ki, ixrac prosesi İstanbulda yaradılacaq koordinasiya mərkəzindən həyata keçiriləcək. Mərkəzdə Türkiyədən əlavə, Rusiya, Ukrayna və BMT rəsmiləri iştirak edəcək.
Ərdoğan: Yaxın günlərdə Ukrayna taxılının çıxarılması ilə bağlı plan həyata keçiriləcək
20
iyul
18:31
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı