Dnestryanı Respublikasının rəhbərliyi Rusiyaya birləşmək niyyətini açıqlayıb.
Bu barədə Dnestryanı bölgənin "xarici işlər naziri" Vitali İqnatyev KİV-ə açıqlamasında bildirib.
"Respublikanın mövcud olduğu bütün illər ərzində Dnestryanı vektor dəyişməz olaraq qalır, bu, 2006-cı il sentyabrın 17-də keçirilmiş referendumun nəticələrində öz əksini tapır: müstəqillik, sonradan Rusiya Federasiyasına sərbəst daxil olmaq. Ölkənin müstəqilliyi mütləq prioritetdir”, - deyə o vurğulayıb.
İqnatyev əlavə edib ki, tanınmamış respublikanın rəhbərliyi “ölkənin yarım milyon əhalisinin ziyanına” qərar qəbul etməyəcək.
İqnatyev belə birləşmənin şərtləri barədə heç nə deməyib.
O bildirib ki, “Moldovanın Dnestryanıdakı silahlı münaqişənin sülh yolu ilə nizamlanması prinsipləri haqqında 1992-ci il sazişindən mümkün çıxması hərbi əməliyyatlara səbəb ola bilər”.
Xatırladaq ki, Moldova tanınmamış Dnestryanı bölgədə yerləşən qondarma əməliyyat qrupunun rus əsgərlərini ölkəyə buraxmaqdan imtina edib. Rus qoşunları neytrallıq statusunu pozan qeyri-qanuni birləşmə adlandırılıb.
Moldova Xarici İşlər Nazirliyi Rusiya qoşunlarının və silah-sursat anbarlarının ölkə ərazisindən çıxarılmasının zəruriliyi ilə bağlı hakimiyyətin mövqeyini bir daha vurğulayıb. Bu barədə Moldova Xarici İşlər Nazirliyinin iyulun 21-də dərc olunmuş bəyanatında deyilir.
Bu respublika Rusiyaya birləşmək istəyir
22
iyul
14:01
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı