Rusiya Yeni Zelandiyanın 32 vətəndaşına qarşı sanksiya tətbiq edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Qeyd olunub ki, bu, ölkə hökumətinin bir sıra Rusiya vətəndaşlarına şamil edilən məhdudlaşdırıcı tədbirlərinə cavab olaraq baş verib.
Moskvanın "stop siyahısı"na bu ölkədə "rusofob gündəmi" təşkil edən bələdiyyə orqanlarının rəhbərləri, eləcə də hüquq-mühafizə orqanları və jurnalistlər arasından yeni zelandiyalılar daxil edilib. Bütün şəxslərin Rusiya Federasiyasına girişi qeyri-müəyyən müddətə qadağandır.
Siyahıya, xüsusən də Yeni Zelandiya Müdafiə Nazirinin müavini Mayk Yadley, Hərbi Dəniz Qüvvələri komandanının müavini Şeyn Arndell, Hərbi Dəniz Qüvvələrinin Əməliyyat Komandanı Qari Qoldinq, Silahlı Qüvvələrin Quru Qoşunları komandanının müavini Rouz Kinq və s. yüksək vəzifəli şəxslər də daxil edilib.
Qeyd edək ki, iyun ayında Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Mahuta Rusiya və Belarusun bir sıra dövlət müəssisələrinə və müdafiə strukturlarına qarşı yeni sanksiyaların tətbiqi barədə bəyanat yaymışdı. Yeni Zelandiyanın yeni sanksiya siyahısına daxil edilənlər arasında Rusiyanın "Qazprom" şirkəti də var. Ümumilikdə Yeni Zelandiya 650-dən çox Rusiya vətəndaşına, o cümlədən prezident Vladimir Putinə və ölkənin 93 ən böyük müəssisə və təşkilatına sanksiya tətbiq edib.
Rusiya bu ölkənin yüksək rütbəli şəxslərinə sanksiya tətbiq etdi
30
iyul
14:25
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı