Məşhur amerikalı aktrisa Anna Hek ağır qəza keçirib.


Hadisə Los Ancelesdə baş verib. Belə ki, 53 yaşlı ulduzun avtomobili evinin qarajının qapısına çırpılıb. Ardınca avtomobil yanmağa başlayıb və Anna ağır yaralanıb. Qeyd olunub ki, aktrisa bu qəzadan əvvəl də avtomobilini çox sürətlə idarə edib və bir neçə dəfə başqa yerlərə çırpılaraq yol kameralarına düşüb.


Digər tərəfdən hadisədən saatlar əvvəl Annanın avtomobilində içki şüşəsi ilə görünməsi sual işarəsi yaradıb. ABŞ televiziyaları hadisə yerindən canlı yayım edib, “Fox11 LA” kanalı isə məşhurun təcili yardıma mindirildiyi anı lentə alıb.


Qeyd edək ki, zaman-zaman psixi problemlərinin olduğunu etiraf edən aktrisa Anna oynadığı bir çox Hollivud filmləri ilə yanaşı, son illərdə rəqəmsal platformalar üçün çəkilmiş seriallarda da rol alıb.
скачать dle 12.1