"Athena" qrupunun gitara ifaçısı Hakan Özoğuzdan pərəstişkarlarını kədərləndirən xəbər gəlib. 
Türkiyə mediası xəbər verir ki, məşhur musiqiçi Özoğuzun lenfoma xəstəliyi olduğu öyrənilib. 

45 yaşlı Özoğuz bu yaxınlarda Amerikan Xəstəxanasında müalicə alıb. Müalicəsi səbəbindən bir müddət bəzi konsertlərdə iştirak edə bilməyən Özoğuzun xəstəxanadan buraxıldığı öyrənilib. 

O, həmçinin "Tvitter" hesabında aldığı müalicə səbəbindən bir müddət konsertlərə qatıla bilməyəcəyini açıqlayıb.
 


скачать dle 12.1