Belarus Müdafiə Nazirliyinin məlumatında bunun "standart yoxlama" olması qeyd edilir.
Belarus Respublikasının Müdafiə Nazirliyi onu da deyib ki, Belarusda səfərbərlik tədbirləri həyata keçirilmir.
Bildirilir ki, çağırışçılar əsasən oktyabrın 21-dən noyabrın 4-dək keçiriləcək hərbi təlim düşərgələrinə göndəriləcəklər. Bundan əlavə, çağırış vərəqələrinin keçmiş polislərə, bir sıra Qrodno müəssisələrinin işçilərinə, eləcə də Hava Desant Qüvvələrinin tərxis olunmuş hərbçilərinə gəldiyinə dair sübutlar var.
