Rusiyanın Baş naziri Mixail Mişustin Astanada keçirilən MDB Hökumət Başçıları Şurasının iclası zamanı qlobal iqtisadiyyatdakı çətinlikləri Qərbin hərəkətləri ilə əlaqələndirib və Birlik ölkələrini qarşılıqlı ticarət hesablaşmalarında dollardan imtina etməyə çağırıb.
Xarici KİV xəbər verir ki, Baş nazirin sözlərinə görə, MDB-yə üzv ölkələr öz imkanlarının inkişafına diqqəti artırmalı, texnoloji müstəqilliyi gücləndirməlidirlər. Bunun üçün tez bir zamanda dollardan imtina edib, qarşılıqlı ticarətdə milli valyutalara keçmək lazımdır.
"Son ayların hadisələri göstərdi ki, vurğu bizim imkanlarımıza və əlbəttə ki, bir-birimizlə işgüzar əlaqələrin davam etdirilməsinə və genişləndirilməsinə, texnoloji müstəqilliyin və maliyyə suverenliyinin gücləndirilməsinə yönəldilməlidir", - Mişustin bildirib.
Rusiyanın Baş naziri həmçinin əlavə edib ki, qlobal iqtisadiyyatdakı çətinliklər Qərbin Rusiya və Belarusa qarşı qanuni olmayan proteksionizm və birtərəfli sanksiyalardan istifadə etmək istəyi ilə bağlıdır.
Rusiyanın Baş naziri dollardan imtina etməyə ÇAĞIRDI
28
oktyabr
11:45
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı