İsrailin şimalındakı su anbarındakı su nümunələrində vəba aşkar edilib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əhali üçün heç bir təhlükə yoxdur.
“Səhiyyə Nazirliyi tərəfindən son günlər Yarmux su anbarında aparılan nümunələrdə vəba xəstəliyinin törədicisi aşkar edilib”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
İsrail Səhiyyə Nazirliyinin mütəxəssisləri iddia edirlər ki, bakteriyaların mənşəyi qonşu Suriyada vəba xəstəliyinin yayılması ilə bağlıdır .
Nəşr bildirir ki, qonşu ərazilərdə təhlükəli xəstəliyin ilk halları barədə məlumatların peyda olmasından sonra israilli epidemioloqlar İsrailin su hövzələrində yoluxma mənbələri üçün hərtərəfli monitorinq aparmağa başlayıblar.
İsrail Səhiyyə Nazirliyi qeyd edir ki, hazırda ölkə əhalisinin sağlamlığı üçün heç bir təhlükə yoxdur. Son aylarda Livan və Suriyada vəba epidemiyası qeydə alınıb.
Bundan əvvəl məlum olmuşdu ki, Livanda vəba vibrionuna yoluxma hallarının sayı gündə 8 nəfər artaraq 26-ya çatıb. Həmçinin oktyabrın 12-də ilk ölüm halı qeydə alınıb. Livanın şimalında yoluxmuş xəstələrdən biri dünyasını dəyişib.
İsraildə vəba aşkarlandı
11
noyabr
18:55
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı