Livanda keçirilən prezident seçkisində namizədlərdən heç biri lazımi sayda səs toplaya bilməyib. Parlametdə müvafiq səsvermə yeddinci dəfə keçirilib.
“Prezidentliyə namizədlərdən heç biri qalib gəlmək üçün zəruri olan 128 parlament üzvündən 65-nin dəstəyini ala bilməyib. Ən çox səsi müxalifət fraksiyalarının namizədi Mişel Müavvad toplayıb - 42. Altı deputat müstəqil namizəd İssam Xəlifəyə səs verib”, - deyə Livan parlamentinin spikeri Nabih Berri bildirib.
Onun sözlərinə görə, 50 deputat bülletenləri boş təhvil verib.
Livanda prezident parlament üzvləri tərəfindən səsvermə yolu ilə seçilir. Bundan öncəki seçki sentyabrın 27-də keçirilib. Növbəti səsvermə dekabrın 1-də keçiriləcək.
Livan prezidenti Mişel Aunun səlahiyyət müddəti oktyabrın 31-də başa çatıb. O, altı il dövlət başçısı vəzifəsində çalışıb. Vəzifədən getdikdən sonra Livan konstitusiyasına əsasən, dövlət başçısının funksiyalarını müvəqqəti olaraq baş nazir Nəcib Mikatinin rəhbərlik etdiyi hökumət həyata keçirir.
Mənbə: Kommersant
Livan parlamenti yeddinci dəfə prezidenti seçə bilmədi
24
noyabr
18:59
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı