Müxalifətçi siyasətçi Aleksey Navalnının komandası Çeçenistan rəhbərinin 15 yaşlı oğlu Adam Kadırovun 85 milyon rubl dəyərində saat taxdığını aşkar edib.
Xarici agentliklər xəbər verir ki, oğul Kadırov həmin saatla qarışıq döyüş növləri ustası Abdurahman Dudayevlə birlikdə İnstaqram səhifəsində foto da yerləşdirib. Şəkil oktyabrın 23-də, BƏƏ-dəki beşulduzlu “Raffles The Palm Dubai” otelində çəkilib.
Navalnının komandası bu saatın “Audemars Piguet” modeli olduğunu müəyyən edib, onun qiyməti təxminən 85 milyon rubl, yəni 1,4 milyon dollardır. Adam Kadırovun həmin şəkildə 170 000 rubl (2800 dollar) dəyərində "Louis Vuitton" çantası və 30 000 rublluq (təxminən 500 dollar) "Burberry" köynəyi geyindiyi görünür.
Qeyd edək ki, hələ bu ilin aprel ayında Navalnının komandası Çeçenistan rəhbəri Ramzan Kadırovun ümumi dəyəri təxminən 500 milyon rubl olan saat kolleksiyası haqqında film dərc etmişdi. Kolleksiyanın ən bahalı saatı olan “Franck Muller Aeternitas Mega” markasının qiyməti 187 milyon rubldan (3 milyon 100 min dollar) çoxdur.
Ramzan Kadırovun Dubayda elit villası var. O, xurma ağacı şəklində məşhur adada yerləşir və Palm Jumeirahdakı beşulduzlu “Zabeel Saray Royal Residences”in bir hissəsi sayılır.
Ramzan Kadırovun oğlu 1,4 milyon dollarlıq saatla foto paylaşdı...
26
noyabr
12:11
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı