Böyük Britaniya Ukraynaya raket və kamikadze dronlarla hücumlara görə Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Britaniya hökuməti məlumat yayıb.
"Böyük Britaniya Ukraynanı dəstəkləyir. Rusiya hərbçilərinin Ukrayna şəhərlərinə və dinc sakinlərə hücumları cavabsız qalmayacaq. Öz xalqından dəyişiklik çağırışları ilə getdikcə daha çox təcrid olunan İran rejimi sağ qalmaq üçün çıxılmaz bir cəhdlə Putinlə sövdələşmələr bağlayır. Putin Ukraynanın ruhunu sındırmaq istəyir, amma buna nail olmayacaq. Ukrayna qalib gələcək və yenidən quracaq”, - xarici işlər naziri Ceyms Kleverli bildirib.
***15:59
Böyük Britaniya Rusiya Silahlı Qüvvələrinin komandanlığına daxil olan 10 general və 2 polkovnikə sanksiya tətbiq edib.
Rusiya qanadlı raketlərinin proqramlaşdırılması və hədəflənməsinə cavabdeh olan bölmənin komandiri kimi tanınan general-mayor Robert Baranov da sanksiya siyahısına düşənlər arasındadır.
Bildirilib ki, rəsmi London Rusiyaya PUA tədarük etməkdə ittiham etdiyi İran sahibkarlarına və məmurlarına da qarşı sanksiya tətbiq edəcək.
Britaniya Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq etdi - YENİLƏNİB
13
dekabr
16:40
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı