Türkiyə Azərbaycan və Türkmənistandan elektrik enerjisi idxalı məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib.
Ərdoğan hesab edir ki, bu sahədə idxal-ixrac əməliyyatları artırılmalıdır:
“Regionda ölkələrimiz arasında qarşılıqlı elektrik enerjisi ticarətinin inkişaf etdirilməsini önəmli hesab edirik. Bu çərçivədə Türkmənistan və Azərbaycanda ölkəmizə elektrik enerjisinin idxalı məsələsində də çalışmağa hazırıq”.
Qeyd edək ki, bu gün tədbir çərçivəsində Azərbaycan-Türkiyə-Türkmənistan arasında energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
“Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırmaq istəyir
14
dekabr
14:28
Qarabağ
KOMMENTLƏR
Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalandı
"İmzalancaq sənədlər birliyimizi daha da qüvvətləndirəcək" - Ərdoğan
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri bu tarixdə görüşəcək
Türkiyə Prezidenti Azərbaycanla bağlı sənədi təsdiqlədi
Türkiyə və Türkmənistan prezidentləri arasında telefon danışığı oldu
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı