Belçikanın paytaxtı Brüsseldə dekabrın 16-da Yunanıstanla Türkiyə arasında gizli danışıqlar baş tutub.
Danışıqlarda Yunanıstan tərəfindən baş nazirin Diplomatik Ofisinin direktoru Anna-Mariya Bura iştirak edib. Türkiyə nümayəndə heyətinə ölkə prezidentinin sözçüsü İbrahim Kalın başçılıq edib.
“Cümə günü İbrahim Kalın və Anna-Mariya Bura Brüsseldə olduqca yüksək məxfilik şəraitində görüşüblər. Onlar arasında danışıqlar Almaniya Kansleri Olaf Şoltsun diplomatik müşaviri Yens Pletnerin iştirakı ilə baş tutub”, - deyə nəşr qeyd edib.
Danışıqlar Almaniya nümayəndə heyətinin ofisində və heç bir ilkin şərt olmadan keçirilib. Yunanıstan tərəfi danışıqların nəticəsi olaraq “əlaqə kanalının bərpa olunduğunu” açıqlayıb.
Danışıqların keçirilməsinə səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 11-də verdiyi açıqlamalar olub. Türkiyə lideri Afinanın Egey dənizindəki Dodekanes arxipelaqına silah göndərəcəyi təqdirdə Yunanıstanı “Tayfun” ballistik raketləri ilə hədələyib.
Mənbə: Newsbreak.gr
Türkiyə və Yunanıstan arasında gizli danışıqlar keçirilib
19
dekabr
14:21
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı