Siyasətçi rüşvətxorluqda və çirkli pulların yuyulmasında ittiham olunub.
Qeyd olunur ki, A.Yamini ümumilikdə 11 ilə yaxın həbs cəzası gözləyə bilər. Məhkəmə prosesi çərçivəsində eks-prezidentə qarşı belə bir cəzanın verilməsini Maldiv adaları prokurorluğunun nümayəndələri tələb ediblər.
Siyasətçi 1 milyon dollar rüşvət almaqda və həmin vəsaitlərin yuyulmasında təqsirli bilinib.
Xatırladaq ki, A. Yamin 2019-cu ildə çirkli pulların yuyulmasında ittiham edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib, lakin iki ildən sonra müvafiq hökm ləğv olunub.
Mənbə: gazeta.ru

