Alimlər Mars planetinin iqliminin kompüter modelləşdirilməsini aparıblar. Bu üsulla onlar Marsda külək turbinlərinin yerləşdirilməsinin nə dərəcədə effektiv olduğunu öyrənmək istəyiblər.
Xarici KİV xəbər verir ki, Marsda külək turbinlərinin inşası 100 faizlik faydalı iş əmsalı sərgiləyə bilər.
Bu cür turbinlərdən əldə ediləcək enerji miqdarı isə il ərzində 6 nəfərdən ibarət tədqiqat qrupunun yaşaması üçün kifayət edir. Günəş enerjisini Marsda ekvatora yaxın regionda əldə etmək olar. Lakin planetin qütblərində digər enerji mənbələrindən istifadə etmək lazım gələcək. Mütəxəssislər öz yeni tədqiqatlarında göstəriblər ki, düzgün şəkildə yerləşdirilmiş külək turbinləri 6 nəfərdən ibarət tədqiqat qrupunu elektrik enerjisi ilə təmin etmək gücünə malikdir.
Bu halda onlar il ərzində Marsda şüalanma ilə bağlı radiasiya risklərinə fikir vermədən yaşaya və çalışa bilərlər. Mütəxəssislər Mars ərazisinin müxtəlif sahələrində 100%-lik faydalı iş əmsalına sahib ideal külək turbini və Yer kürəsində istifadə edilən 4 növ külək generatoru vasitəsilə əldə edilə biləcək maksimal enerji gücünü hesablayıblar. Əldə edilmiş məlumatları onlar 500 Mars gününü əhatə edəcək missiya çərçivəsində istifadəsi güman edilən enerji ehtiyacı ilə müqayisə ediblər. Məlum olub ki, külək enerjisi əsasən gecə və Günəş işığını bloklayan güclü toz tufanları zamanı Günəş enerjisini tamamlamaqla yanaşı Marsın bəzi ərazilərində Günəş enerjisini tamamilə əvəz edə bilər.
Marsda YENİLİK: Enerjinin effektiv əldə edilməsi ÜSULU
26
dekabr
16:22
Qarabağ
KOMMENTLƏR
Azərbaycanda elektrik enerjisi ilə bağlı əhaliyə yeni xəbər - VİDEO
Yerdən Marsa göndərilən aparatın işləməsi küləyin ümidinə qalıb
Prezidentdən “Bərpa olunan enerji mənbələrindən istifadə" ilə bağlı FƏRMAN
Tarif Şurasına yeni səlahiyyət verildi
Bizi üç ecazkar səma hadisəsi gözləyir: Günəş, Ay və Mars...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı