“Barselona”nın klub televiziyası heyətin tətili səbəbindən katalonların “Atletiko Madrid” ilə oyununu yayımlamayacaq.
İşçilər əmək haqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. İşçi komitənin sədri Ernest Mendesin sözlərinə görə, bəzi işçilərin maaşı heç 1000 avroya çatmır.
Bundan əlavə, işçilər iş şəraitinə - xüsusən də istirahət vaxtı və iş vaxtından artıq iş normalarına əməl edilməməsindən şikayətlənirlər.
“Telefónica” işçilərə 2023-cü ildə maaş artımı təklif etsə də, lakin “Barselona” klubunun televiziya əməkdaşları artımı qeyri-kafi hesab edərək bu təklifi qəbul etməyiblər.
Tətil çərçivəsində “Barsa TV” yanvarın 8-də yerli vaxtla saat 19:45-dən 23:45-dək yayımını dayandıracaq. Buna görə də La Liqanın 16-cı turunun “Atletiko” - “Barselona” oyunu işıqlandırılmayacaq.
Qeyd edək ki, “Barsa TV” əməkdaşlarının ilk tətili dekabrın 31-də 15-ci turun “Espanyol”la oyununda olub və heyətin 100%-i tərəfindən dəstəklənib.
Mənbə: sports.ru
“Barselona”nın klub televiziyası əməkdaşları tətil edir
09
yanvar
12:18
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı