Müğənni Billi Ayliş 39 yaşlı Kristofer Andersonu həbs etdirmək niyyətindədir.
İfaçının ailəsinin iddiasına görə, sözügedən şəxs onların evinə bir neçə dəfə hasarın üstündən çıxıb. Bildirilir ki, Anderson dəfələrlə Aylişin Los-Ancelesdəki malikanəsinə girərək müğənniyə sevgisini etiraf edib və onunla şəxsi görüş istəyib.
Ayliş bildirib ki, o, ailəsi ilə birlikdə 5 dəfə polisə zəng edib və kişi haqqında bir neçə dəfə şikayət edib.
Sənətçi təkcə özünü deyil, həm də qardaşını və valideynlərini təqibçidən qorumağı xahiş edir.