Rusiyanın Perm şəhərindən Hindistanın Qoa ştatına uçan “Azur Air” sərnişin təyyarəsi Özbəkistana yönləndirilib. Təyyarədə bomba olduğu barədə informasiya daxil olub.
Bu barədə Hindistanın Mülki Aviasiya Nazirliyindən məlumat verilib.
“AZV2463 reysi Özbəkistana yönləndirilib”, - deyə nazirliyin rəsmisi bildirib.
Qeyd edilib ki, təyyarənin göyərtəsində təxminən 240 nəfər var.
Eyni zamanda “Ani” agentliyi Hindistan hava limanındakı mənbələrə istinadən bildirib ki, təyyarə artıq eniş edib. Onların məlumatına görə, Dabolim hava limanının direktoru təyyarənin göyərtəsinə bomba qoyulması barədə elektron məktub alıb və bundan sonra təyyarənin istiqaməti dəyişdirilib.
Xatırladaq ki, bu, son bir ayda ikinci belə hadisədir. Yanvarın 9-da Moskva-Qoa marşrutu ilə uçan “Azur Air”ə məxsus Rusiya sərnişin təyyarəsi də göyərtəsindəki bomba xəbərinə görə təcili olaraq Hindistanın Qucarat əyalətinə eniş etmişdi. Təyyarədə bomba tapılmamışdı.
Mənbə: İzvestiya
Rusiya təyyarəsində növbəti dəfə bomba həyəcanı
21
yanvar
12:56
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı