Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Rusiya lideri Putinin Ukraynaya müdaxilədən əvvəl onu açıq şəkildə hədələməsi ilə bağlı sözlərinə Moskvadan çox sərt reaksiya gəlib.
Xarici KİV xəbər verir ki, Conson BBC-də yayımlanacaq “Putin Qərbə qarşı” sənədli filmində Rusiya prezidenti Vladimir Putinin onu açıq şəkildə raket hücumu ilə hədələdiyini bildirib.
Conson deyib ki, onu Ukraynaya hücum etməmək üçün razı salmağa çalışdığı Putin ona “Boris, səni incitmək istəmirəm, ancaq raketlə bir dəqiqə çəkəcək” deyib.
Dünya mətbuatında hadisə yaradan açıqlama ilə bağlı Rusiyadan diqqətçəkən cavab gəlib. Kremlin sözçüsü Dmitri Peskov Consonun Putinin onu raket hücumu ilə hədələdiyini əsas gətirərək “açıq-aşkar yalan danışdığını” deyib.
"Consonun sözləri doğru deyil, əslində tamamilə yalandır" , - Peskov vurğulayıb.
İkinci ilinə yaxınlaşan Rusiyanın Ukraynaya müdaxiləsi Kiyevə hərbi dəstək verən Moskva ilə London arasında gərginliyin sürətlə artmasına səbəb olur.
Kremldən Consona sərt REAKSİYA
30
yanvar
14:52
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı