Astiaj Həqiqi və Əmir Məhəmməd Əhmədi bloqer cütlüyü Tehranın Azadi meydanında rəqs etdikləri videonu paylaşıblar.
Bu səbəbdən onların hər biri 10 il yarım müddətinə azadlıqdan məhrum ediliblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Hər iki bloqer ötən il noyabrın 1-də mülki geyimli polislər tərəfindən evlərində döyülərək həbs edilib və ETTELAAT (Təhlükəsizlik Nazirliyi) təcridxanasına aparılıb.
Məlumatlara görə, onların ailələri həbs olunduqdan bəri təhlükəsizlik orqanlarının təzyiqi altında susmağa məcbur olub. Gənc cütlük məhkəmədə “pozğunluğa və fahişəliyə təşviq etmək, milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və rejim əleyhinə təbliğat aparmaq” ittihamları ilə mühakimə olunub.
Məhkəmə həbslə yanaşı onların sosial mediadan istifadəsinə və həmçinin ölkədən çıxışlarına 2 il qadağa qoyub. Məlumata görə, gənc qız məhkəmədə qəddarlığı ilə tanınan hakim Salavati tərəfindən hədələnib və alçaldılıb.
İranda bloqer cütlük rəqsə görə həbs edildi
30
yanvar
16:45
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı