Fevralın 3-də Norveçdə keçirilməsi planlaşdırılan Qurani-kərimin yandırılması aksiyası ləğv olunub.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
“Sabah Norveçdə müqəddəs kitabımız Qurana qarşı hücum olacağını öyrəndikdən sonra Norveç səfirini nazirliyimizə çağırdıq. Aksiya üçün verdikləri icazəni ləğv etdilər”, -deyə o, bildirib.
Qeyd edək ki, bu gün Norveçin Ankaradakı səfiri Erlinq Şonsberg Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata bildirilib ki, açıq-aşkar nifrət cinayəti olan təxribat xarakterli əməl qətiyyətlə pislənir və Norveç hökumətinin buna münasibəti qəbuledilməzdir.
Məhz Türkiyə XİN-in xəbərdarlığından sonra Oslo aksiyaya verdiyi icazəni ləğv edib.
Mənbə: Haber Global
Türkiyə xəbərdarlıq etdi, Norveçdə Quranın yandırılması aksiyası ləğv olundu
03
fevral
10:54
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı