İranda molla rejiminin insan haqlarını pozan idarəçiliyinə qarşı etirazlar davam edir.
Xarici media xəbər verir ki, İranın və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib:
Etirazlarda "Diktatora ölüm!", “Əhrimənin simvolunu devir!”, "Xamneyiyə ölüm!", "Hər öldürülən bir nəfərin ardınca min nəfər gəlir!" və digər şüarlar səsləndirilib.
Banklardan pul çıxarılması və pulun üzərinə şüarların yazılması kampaniyası da davam edir.
Tehranın Dərbənd məhəlləsində sakinlər evlərinin pəncərələrindən rejimə qarşı şüar səsləndiriblər: "Diktatora ölüm!"
Tehranda eyni zamanda İslam İnqilabının qələbəsi mövzusunda hökumət baneri yandırılıb.
Əhvaz şəhərində etirazçılar “Bəsic” qüvvələrinə məxsus bazanı yandırıblar.
İlam əyaləti:
Abdanan şəhərində etirazçılar küçələrdə tonqallar yandıraraq yolu bağlayıb, rejimə qarşı "Diktatora ölüm!", “Əhrimənin simvolunu devir!”, "Xamneyiyə ölüm!" şüarları səsləndiriblər.
Habelə, şəhərdə interneti tamamilə kəsilib. Küçələrdə silahlı döyüşçülər var.
İsfahan əyaləti:
İsfahanda etirazçılar küçələrə çıxaraq rejimə qarşı şüar səsləndirib: "Hər öldürülən bir nəfərin ardınca min nəfər gəlir!"
Şəhre-Reza şəhərində məhkəmə binasına etirazçılar Molotov kokteyli atıblar.
Fuladşəhr şəhərində gecə hakimiyyətə qarşı şüarlar səsləndirilib.
Kirmanşah əyaləti:
Kirmanşahda etirazçılar tərəfindən “Fəcr ongünlüyü” ilə bağlı hökumət banerləri yandırılıb.
Qəzvin əyaləti:
Qəzvin şəhərin divarlarına rejim əleyhinə şüarlar yazılıb.
İranda etirazlar davam edir: “Bəsic” qüvvələrinə məxsus baza yandırıldı
03
fevral
14:29
Qarabağ
KOMMENTLƏR
"Diktatora ölüm" - İranda etirazlar yenidən başlayıb
Tehranda gənclər “Xameneiyə ölüm” şuarları ilə küçələrə çıxıblar
İranda narazı xalq “Bəsic” qüvvələrinin bazasını yandırdı - VİDEO
İranda etirazçılar ölkənin bayrağını zibil qutusuna atıb yandırdılar
Etirazçılar Xameneinin bannerini tapdaladılar - İRANDA SON DURUM
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı