ABŞ hakimiyyəti İranın dron istehsalçısı “Paravar Pars” şirkətinin direktorlar şurasının üzvlərini sanksiyalar siyahısına əlavə edib.
Bu barədə cümə günü ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC, məhdudlaşdırıcı tədbirlərin icrasına cavabdehdir – red.) İranda yerləşən “Paravar Pars” şirkətinin səkkiz rəhbər işçisini reyestrinə daxil edib”, - məlumatda bildirilib.
Qeyd edək ki, bir müddət öncə Avropa İttifaqı da İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri üçün “Şahed” seriyalı pilotsuz uçuş aparatlarının istehsalına görə sanksiyalar tətbiq etmişdi.
Mənbə: TASS
ABŞ İranın PUA istehsalçısının rəhbərliyinə qarşı sanksiya tətbiq edib
04
fevral
10:44
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı