Bu həftə müdafiə sahəsində kadr dəyişikliyi olmayacaq. Buna görə də Oleksiy Reznikov Ukraynanın müdafiə naziri postunda qalır.
Bu barədə "Xalqın xidmətçisi" fraksiyasının lideri David Arahamiya açıqlayıb.
"Biz Ukrayna Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Xidmətinin rəhbərlərinin təyinatını gözləyirik. Müdafiə sahəsində kadr dəyişiklikləri bu həftə baş verməyəcək", - Arahamiya bildirib.
Xatırladaq ki, o, bundan əvvəl Ali Radanın Aleksey Reznikovu müdafiə naziri vəzifəsindən istefaya göndərdiyini açıqlamışdı.
***09:31
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov Ukraynanın müdafiə naziri vəzifəsinə təyin edilib.
Kadr dəyişiklikləri barədə rəsmi məlumatı Ukrayna prezident fraksiyasının rəhbəri David Arakhamia verib.
Reznikov Ukraynanın Sənaye Strateji Sektorlar Nazirliyinə rəhbərlik edəcək.
Qeyd edək ki, eks-müdafiə nazirinin dünən gecə saatlarında istefa verdiyi deyilir.
Kiyevin siyasi dairələrində ordu üçün ərzaq məhsullarının şişirdilmiş qiymətlərlə alınması ilə bağlı mətbuatda yazılar dərc edildikdən sonra Reznikovun dəyişdirilməsinin mümkünlüyü müzakirə olunmağa başladı.
Bundan sonra müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov və dövlət satınalmaları departamentinin direktor müavini Bohdan Xmelnitski istefa ərizəsi verib.
İndi onlar korrupsiyada və Ukrayna silahlı qüvvələrinin fəaliyyətinə mane olmaqda ittiham olunurlar.
"Reznikov bu həftəlik nazir postunda qalacaq" - YENİLƏNİB
06
fevral
13:07
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı