Beş gün əvvəl Türkiyədə baş vermiş zəlzələdən sağ qalanları qurtarmaq üçün xilasetmə qruplarının mübarizəsi davam edərkən, məşhur adlar da bir ürək olaraq zəlzələ bölgəsinə kömək edirlər.
Xarici KİV xəbər verir ki, aktyor, ssenarist və rejissor Yılmaz Ərdoğan təsisçilərindən biri olduğu BKM ilə birlikdə zəlzələ bölgəsinə 2 milyon TL (18 min manat) bağışladığını açıqlayıb.
BKM-nin paylaşımını İnstaqram səhifəsində təkrar paylaşan Ərdoğan mesajında bu ifadələrə yer verib:
Ölkəmizi boğan zəlzələ fəlakəti bizi dərindən kədərləndirdi. İnanırıq ki, bu çətin günlərdən millətimizin həmrəyliyi ilə birlikdə çıxacağıq.

скачать dle 12.1