İyirmi ölkədən olan nümayəndələr Avstriya hakimiyyətini sanksiyalar altında olan, lakin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fevralın 23-24-də keçiriləcək iclası üçün Vyanaya gəlməli olan 15 rusiyalı siyasətçiyə viza verdiyinə görə tənqid edib.
Bildirilib ki, rusiyalıların tədbirdə iştirakına qadağa qoyulmalıdır.
Avstriya tərəfindən ölkəyə daxil olmaq üçün viza verilənlər arasında Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy və Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR partiyasının lideri Leonid Slutski də var.
“Rusiya parlamentarilərinin hökumətin tərkib hissəsi olduğunu və hər gün Rusiyanın Ukraynada törətdiyi cinayətlərdə iştirak etdiyini xatırlamaq lazımdır. Onların vicdanlı dialoqu və müharibəyə müqaviməti təşviq edən təşkilatda yeri yoxdur”, - Fransa, Britaniya, Polşa və Ukrayna da daxil olmaqla 20 ölkədən 81 ATƏT nümayəndəsinin məktubunda deyilir.
Qeyd olunur ki, məktubu ABŞ-dan gələn nümayəndələr imzalamayıb. Ölkənin təşkilatdakı səfiri Maykl Karpenter bildirib ki, “Rusiya rəsmiləri Qərb ölkələrinə səyahət hüququna layiq deyillər”, Avstriya tərəfi onlara viza verib-verməməsinə özü qərar verməlidir.
Mənbə: gazeta.ru
Rusiyanın ATƏT PA-nın iclasında iştirakı qadağan oluna bilər
13
fevral
11:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat