Bu barədə məlumatı filmin ssenaristi Mehmet Bozdağ öz sosial şəbəkə hesabında yayıb.
Hamımızı dərindən yaralayan zəlzələ fəlakətində “Kuruluş Osman” serialının aktyorlarından biri Çağdaş Çankaya və xanımı Zilan Tigrisi də itirdik. Zəlzələdə həlak olan bütün soydaşlarımıza rəhmət diləyərək, xalqımıza başsağlığı verirəm”,- deyə o bildirib.

