Ay tozunun günəşdən qorunmaq üçün mükəmməl xüsusiyyətlərə malik olduğu aşkar edilib. Tədqiqatçılar yeni bir araşdırmada qlobal istiləşmənin təsirini azaltmaq, günəş şüalarının qarşısını əhəmiyyətli dərəcədə almaq üçün aydan tozun buraxıla biləcəyini bildiriblər.
“The Jerusalem Post” nəşri xəbər verir ki, “PLOS Climate” jurnalında dərc olunan araşdırmada tədqiqatçılar adətən uzaq ulduzlar ətrafında planetlərin əmələ gəlməsini öyrənmək üçün istifadə olunan bir texnologiyadan istifadə ediblər. Belə ki, bir planet meydana gəldikdə, ulduzun ətrafında halqalar yarada biləcək böyük miqdarda toz təbəqəsi əmələ gəlir. Halqalar ulduzdan gələn işığı kəsir və yenidən şüalandırır. Məhz bu proses alimlər üçün qlobal istiləşmənin təsirlərini azaltmaqda Ay tozundan istifadə etmək üçün rasional toxum olub.
İdeyanın müəllifi olan fizik Ben Bromley qeyd edib: “Bu ideyanın rasional toxumu idi. Əgər biz az miqdarda material götürsək və onu Yerlə Günəş arasında xüsusi bir orbitə çıxarsaq, onu parçalayaraq , az miqdarda kütlə ilə çoxlu günəş işığını kəsə bilərik”.
Astronom Skott Kenyon isə deyir: “Dörd milyard ildən çox vaxtda Ayın səthində toplanmış tozun Yerin temperaturunun yüksəlməsini necə yavaşlatdığını düşünmək heyrətamizdir. Günəş sistemindəki əsas səma cisimlərinin mövqelərini və kütlələrini bildiyimizə görə, bir neçə fərqli orbit üçün zamanla simulyasiya edilmiş günəş sipərinin mövqeyini izləmək üçün sadəcə cazibə qanunlarından istifadə edə bilərik. Günəş ətrafında fırlanan hissəcik radiasiyanı udmaq və ya səpmək yolu ilə Yeri qoruya bilər. Qalxanın ümumi effektivliyi onun Yerə kölgə salan orbiti saxlamaq qabiliyyətindən asılıdır”.
Alimlər tərəfindən tədqiq edilən variantlardan biri platformanı “L1 Laqranj” nöqtəsində - Yerlə Günəş arasında cazibə qüvvələrinin balanslaşdırıldığı ən yaxın nöqtədə yerləşdirmək idi, çünki Laqranj nöqtələrindəki obyektlər ümumiyyətlə iki göy cismi arasında bir yol izləyir. Kompüter simulyasiyası göstərib ki, toz müvəqqəti olaraq L1 orbitində kölgə yarada bilsə də, radiasiya, cazibə qüvvəsi və Günəş küləkləri tərəfindən asanlıqla sovrulur.
Tədqiq edilən ikinci seçim Aydan birbaşa Günəşə doğru toz vurmaq idi. Bu zaman Ay tozunun Günəşdən qorunmanı təmin etmək üçün mükəmməl xüsusiyyətlərə malik olduğu aşkar edilib və simulyasiyalar L1-ə yönəlmiş ideal trayektoriyaları tapa bilib.
Astronomlar bildiriblər ki, Aydan toz çıxarmaq onu Yerdən buraxmaqdan qat-qat az enerjiyə başa gələcək. Belə ki, qlobal istiləşmənin təsirlərini yumşaltmaq üçün tələb olunan enerji miqdarı ildə təxminən 1010 kiloqram toz olacaq ki, bu, insanların kosmosa atdığı kütlədən təxminən 700 dəfə çoxdur.
Ay tozu qlobal istiləşmənin təsirini azalda bilər
14
fevral
14:13
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı