ABŞ Daxili Təhlükəsizlik Departamentinin Kibertəhlükəsizlik Agentliyi “iPhone” və digər “Apple” cihazlarından istifadənin təhlükələri barədə xəbərdarlıq edib.
Departamentin məlumatına görə, qurğular təhlükəli məhsullar siyahısına salınıb. Belə ki, yeniləmələri yükləmədən və quraşdırmadan qadcetlər hakerlər tərəfindən “sındırıla” bilər.
Təhlükəni “Apple” şirkəti də rəsmən təsdiqləyib.
Şirkətdən bildirilib ki, “iPhone”, “iPad” və “Mac” kompüterlərində Safari brauzerlərində kritik təhlükəsizlik zəifliklərini aradan qaldırmaq üçün mühüm yeniləmələr buraxılıb. Söhbət iOS 16.3.1, iPadOS 16.3.1 və macOS Ventura 13.2.1 kimi əməliyyat sisteminin versiyalarından gedir. “Apple” həmçinin Safari 16.3.1-i macOS Big Sur və macOS Monterey də daxil olmaqla, köhnə kompüter əməliyyat sistemləri üçün yenilənmələr təqdim edib.
ABŞ səlahiyyətliləri xəbərdarlıq ediblər ki, yeniləmə olmadan təcavüzkarlar boşluqdan istifadə edə bilərlər ki, bu da qorunmayan istifadəçi məlumatlarının oğurlanmasına imkan verəcək.
Mənbə: gazeta.ru
ABŞ hakimiyyəti məşhur telefon markasını təhlükəli məhsullar siyahısına saldı
16
fevral
11:08
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı