
Alim Türkiyədə baş verən zəlzələni təəccüblə qarşılamayıb və bunun gözlənildiyini deyib.
O zəlzələnin süni şəkildə yad qüvvələr tərəfindən törədildiyini bildirib. Alim vurğulayıb ki, baş verən fəlakət yerin 14 km dərinliyində partladılmış bombanın nəticəsidir. O bu fikri “Rossiya1” telekanılda çıxış edərkən bəyan edib: “Dediklərimi sübut edə bilərəm. Dünyada bəşəriyyətin əleyhinə işləyən 3 komitə var. Onların başında dayanan adamlar dünyada baş verən bütün hadisələri təşkil edirlər”. O deyib ki, 2023-cü ildə dünyada sakitlik olmayacaq.
“Bu il ötən ilkindən gərgin il olacaq, 2024-cü ildən də sakitlik gözləməyə dəyməz. 2025-ci il dünya üçün dönüş ili olacaq. 2023-cü ildə dünya dövlətləri bir-birlərini atom silahları ilə şantaj edəcəklər, lakin partlayış olmayacaq. ABŞ-ın zəifləyəcəyini, bəzi ştatalarında ayrılmaq meyillərinin yaranacağını gözləyirəm. Getdikcə Amerika dolları zəifləməyə başlayacaq”,- deyə alim bildirib.