Türkiyəli aktyor, rejissor Mahsun Kırmızıgül zəlzələdən əziyyət çəkənlərə mobil telefon paylanmasını xahiş edib. 
Bu haqda sənətçi sosial şəbəkə hesabında post paylaşıb.
O, bunun üçün mobil operatorlardan yardım istəyib: 
“Dağıntılar altından çıxarılanların çoxu telefonlarını da itirib. Günlərdir ən çox ehtiyac olunan şeylərdən biri də telefondur. Zərərçəkənlərə telefon paylayın. Sizin vəsilənizlə insanlar yaxınları ilə rahat əlaqə yarada bilsinlər”.