Məlumata görə, səfər üçün başqa nəqliyyat vasitəsi seçilib. “Gold State”dən isə ancaq kralı və arvadını yenidən saraya aparmaq üçün istifadə olunacaq.
Qeyd edilir ki, II Elizabet sözügedən faytonda 1953-cü ildə tacqoyma mərasiminə yollanıb. Lakin sonradan, 2018-ci ildə o, səyahətin “dəhşətli” olduğunu etiraf edib, çünki 1762-ci ildə hazırlanan fayton zəif asma qabiliyyətinə malikdir - yolda titrəmə çox hiss olunub.




