İran-İraq müharibəsi əlilləri BMT-nin Tehrandakı nümayəndəyinin qarşısında etiraz aksiyası keçiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Etirazçılar “müharibə əlilliyi kompensasiyası” almağı və müavinətlərinin artırılmasını tələb ediblər.
Bir müddət öncə hökumət tərəfindən məlumat verilmişdi ki, müharibə veteranlarına maaşlarının 25 faizi miqdarında, 5,7 milyon tümən ödəniləcək.
Qeyd edək ki, son aylarda İran-İraq müharibəsi əlilləri müavinətlərin ödənilməməsinə və müharibə əlilliyi kompensasiyası ala bilməmələrinə etiraz olaraq mitinqlər keçirirlər.
Tehranda çörək sexlərinin sahibləri də etiraz aksiyası keçiriblər.
Bildirilir ki, onlar hökumətdən unun satışına qoyulan limitin ləğv edilməsi və subsidiyanın şirkətlərə deyil, çörəkçilərə verilməsini tələb ediblər.
Sahibkarların sözlərinə görə, unun və digər ləvazimatların qiyməti bahalaşıb, amma çörəyin qiyməti artmadığından onlar ziyanla işləyirlər.
Qeyd edək ki, İranın Yəzd şəhərində poladəritmə zavodunun işçiləri də işi dayandıraraq etiraz nümayişi keçiriblər.
İsveçrədə yaşayan iranlılar İslam Respublikası xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Cenevrədə “Intercontinental” hoteldəki iqamətgahının qarşısında etiraz aksiyası keçiriblər.
Etirazçılar “Qadın, həyat, azadlıq!”, “Muzdlu, çıx get buradan!”, “Diktatora ölüm olsun!”, “Terrorist, terrorist!”, “Xameneiyə ölüm, Xomeyniyə lənət olsun!” kimi şüarlar səsləndiriblər.
İranın Xuzistan əyalətində təqaüdçülər əyalət mərkəzində etiraz aksiyası keçiriblər.
Etirazçılar “Yalançı Rəisi, verdiyin vədlərin nəticəsi hanı? Dildə Hüseyn deyirlər, əməldə oğurluq və yalanlar!” deyə şüarlar səsləndiriblər.
İrana qarşı ölkə xaricində və daxilində ETİRAZLAR
27
fevral
14:05
Qarabağ
KOMMENTLƏR
Tehranda tibb bacıları etiraz aksiyası keçirirlər
İranda etiraz aksiyası keçirilir - VİDEO
İranda çörək və ərzaq mallarında kəskin qıtlıq yaşanır - VİDEO
Koreyalılar İran səfirliyi qarşısında yarışa hicabsız çıxan qadına görə aksiya keçiriblər - VİDEO
İranda neft-kimya şirkətinin işçilərindən ETİRAZ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı