Britaniyanın Horsham şəhər sakininin 2020-ci ilin sentyabr ayından bəri 7 min dəfədən çox polisə və təcili yardıma zəng etdiyi məlum olub.
Xarici KİV xəbər verir ki, o, telefona cavab verən operatorları daim təhqir etdiyi üçün həbsxanaya düşüb.
77 yaşlı Rocer Cekson məhkəmə zamanı günahını etiraf edib. 2020-ci ilin sentyabr ayından etibarən təqaüdçü polis və təcili yardım operatorları ilə 400 saat danışıb. Britaniyalı israrla təcili yardım xidmətlərinə zəng edib və operatorları təhqir edib. Ona dəfələrlə həkimlərin və polis əməkdaşlarının telefonla təhqir edilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıq edilsə də xeyri olmayıb. Və sonda həbs edilib.
Polis əməkdaşı qeyd edib ki, polislərin və təcili zəng mərkəzi operatorlarının əməyi hörmətə layiqdir və yüksək peşəkarlıq tələb edir: "Onlarla Ceksonun danışdığı kimi danışa bilmərik".
Təcili yardım xidmətinin sözçüsü Nathan Daxner, Ceksonun gündəlik olaraq işçiləri şifahi şəkildə təhqir etdiyini və onun hərəkətlərinin mənfi təsirini qiymətləndirmək lazım olduğunu söyləyib:
"Yalnız bir yalançı zəng həyatı təhlükə altına alır və diqqətimizi, resurslarımızı həqiqətən köməyə ehtiyacı olanlardan yayındırır".
Ceksona 3 il 3 ay həbs cəzası verilib.
77 yaşlı kişi polisə 7 min dəfə ZƏNG ETDİ, sonda TUTULDU
28
fevral
12:14
Qarabağ
KOMMENTLƏR
Təcili tibbi yardımın çağırışlara gecikməsinin səbəbləri açıqlandı – VİDEO
Yaponiyada kişi polis bölməsinə 2 mindən çox zəng etdi
İngiltərədə minlərlə təcili yardım işçisi insanlara xidmət etməkdən imtina edib
Xəstənin qohumu xəstəxanada dava saldı: Polis işə qarışdı
Azərbaycanda təcili tibbi yardım operatorunu ələ salanlarla bağlı DİN hərəkətə keçdi - VİDEO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı