Bir neçə müddət bundan öncə Vaşinqtonda keçirilmiş Amerika Elmin İnkişafı Assosiasiyası (AAAS) adlı yığıncaqda dünyanın bir neçə aparıcı institutunun alimləri yeni təşəbbüsün işə salındığını elan ediblər.
Xarici KİV bildirir ki, işə salınmış təşəbbüs çərçivəsində Yer kürəsindəki həyatın formalaşması tədqiq olunacaq və eyni proseslərin kainatın digər yerlərində axtarılması reallaşdırılacaq. Sözügedən layihədə Kembric, Harvard və Çikaqo Universitetlərinin təmsilçiləri iştirak edəcəklər. “Mən düşünürəm ki, həyat kainatın fizika qanunlarına yerləşdirilib” - deyə isveçrəli astronom Didier Queloz qeyd edib.
Qeyd etmək lazımdır ki, Didier Queloz sözügedən layihənin rəhbəri seçilib. Həmçinin o, 1995-ci ildə ilk ekzoplanetin kəşf edilməsində iştirak etmiş astronomlardan biri olub. Məlumata əsasən yeni layihənin iştirakçıları Mars və Yupiterə planlaşdırılan yeni planetlərarası missiyaların məlumatlarını analizlərini apararaq və James Webb kimi kosmik teleskoplardan istifadə edərək yadplanetli həyat növünün mövcud olma izlərini axtaracaqlar. Alimlərin yekun məqsədləri digər planetlərdə istənilən növ həyat formasının tapılmasıdır. Bakteriyalardan tutmuş inkişaf etmiş sivilizasiyalara qədər. Əlavə olaraq Yer kürəsində həyatın formalaşma prosesləri də tədqiq olunacaq.
Yadplanetlilərin axtarışı üçün YENİ LAYİHƏ
07
mart
11:51
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı