"Youtube" öz videolarında ani olaraq ortaya çıxan banner reklamlarının aradan qaldırılacağını elan edib.
Xarici KİV xəbər verir ki, videoservisin mobil versiyasında bu cür reklam üsulu artıq uzun zamandır ki, istifadə edilməsə də, veb versiyada banner reklamları hələ də aktiv şəkildə qalıb.
Rəsmi məlumata əsasən, "Youtube" videolarında banner reklamları 6 aprel tarixində aradan qaldırılacaq. Videoservis təmsilçilərinin sözlərinə görə, sözügedən reklam üsulundan imtina etməklə "Youtube" daha effektiv reklam üsullarına keçid etmək niyyətindədir.
Təmsilçilər "Youtube" videolarındakı banner reklamlarını artıq köhnəlmiş üsul hesab edirlər və düşünürlər ki, bu cür reklamlarla əksinə istifadəçləri daha çox qıcıqlandırırlar.
Bununla belə, kontent yaradıcıları narahat olmaya bilərlər. Videoservis təmsilçiləri banner reklamlarının aradan qaldırılması reklam biznesinə heç bir təsir göstərməyəcyini vurğulayıb. Belə ki, videoservis alternativ reklam üsullarına keçid edəcək. Söhbətin hansı alternativ reklam elanlarından getdiyi barəsində məlumat verlməyib.
"Youtube" videolarındakı reklamlar ARADAN QALDIRILACAQ
09
mart
12:19
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı