"Coğrafiyaya nəzər salsaq, Serj Sarkisyan da Kazana, Vyanaya, Sankt-Peterburqa və s. Məndə bəzən belə bir təəssürat yaranır ki, bir çox hallarda Serj Sarkisyan iştirak etdiyi danışıqların məzmununu başa düşmür. Özü də belə bir fikir söyləməyə əsas verən açıqlamalar verir".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Baş nazir haqqında son bəyanatlarına istinadən deyib.
"Bir dəfə Sarkisyan dedi ki, "Dağlıq Qarabağın azərbaycanlıları Qarabağda mümkün referendumda iştirak edə bilməzlər, gedib başqa yerdə iştirak etsinlər". Bu o demək deyilmi ki, Serj Sarkisyan öz ağzı ilə Azərbaycanın mövqeyini əsaslandırır ki, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün mümkün referendum Dağlıq Qarabağda deyil, bütün Azərbaycanda keçirilməlidir və referendum da belə olmalıdır. O, danışıqlar əsasında aparılmış konkret bəndlərə əsaslanaraq Azərbaycanın mövqeyini və şərhini əsaslandırdı", - Paşinyan eks-prezidentin ittihamlarına reaksiya verib.
Qeyd edək ki, bir müddət öncə Sarkisyan Paşinyanı həm Praqa, həm də Moskva danışıqlarında iştirak etdiyinə görə qeyri-ciddi qəbul etmişdi.
"Sarkisyan Azərbaycanın mövqeyindən çıxış edirdi" - Paşinyan
14
mart
18:27
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı