Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib. 
Xarici KİV xəbər verir ki, yeraltı təkanlar Sakit okeanda Yaponiyanın Hokkaydo adasının cənub sahillərində, Hakodate şəhərindən 197 kilometr cənub-şərqdə qeydə alınıb. 
Zəlzələnin episentri suyun 20 kilometr dərinliyində yerləşib. 
Təbiət hadisəsinin intensivliyi "dağıdıcı" olaraq xarakterizə edilib. Zəlzələnin fəsadları barədə hələ ki, məlumat verilməyib. скачать dle 12.1