İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkəsinin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığının heç bir tərəfə qarşı olmadığını bildirib.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvada İSNA-a  açıqlamasında deyib. 
"Müdafiə sahəsində əməkdaşlıq ikitərəfli əməkdaşlığın gündəm mövzularından biridir, üstəlik, o, heç bir üçüncü ölkəyə qarşı yönəlməyib", - o, ifadə  edib. 
Qeyd edək ki, Abdullahiyan bu  gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Tərəflərin regional və beynəlxalq məsələləri müzakirə edəcəyi, nüvə sazişi üzrə danışıqlara dair fikir mübadiləsi aparacaqlarl gözlənilir.