Amerikalı aktrisa Ancelina Coli öz geyim və zərgərlik brendini yaradır. 
Bu barədə “The Sun” qəzeti yayıb. Qeyd olunub ki, 47 yaşlı aktrisa “Atelier Jolie” ticarət nişanı üçün müraciət edib.
“Angelina artıq bir ildən artıqdır ki, bu layihə üzərində işləyir və yeni işini davam etdirə bilməsi üçün ticarət nişanının təsdiqlənməsini səbirsizliklə gözləyir. Brend sifarişlə hazırlanmış zərgərlikdən tutmuş dərziliyə qədər hər şeyi əhatə edəcək”, - deyə nəşr bildirib.

скачать dle 12.1