Braziliyada Santa-Katarina ştatının Blumenau şəhərindəki uşaq bağçasına balta ilə hücum olub.
Xarici KİV xəbər verir ki, 25 yaşlı oğlan naməlum səbəbdən bağçaya daxil olaraq 4 uşağı öldürüb, çox sayda azyaşlını isə ağır yaralayıb.
Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub. Azyaşlılar xəstəxanaya aparılıb. Həkimlər yaşları beş ilə yeddi arasında olan üç oğlan və bir qızın öldüyünü bildiriblər.
Hücum zamanı uşaq bağçasında 40-a yaxın uşaq olub.
Polis qatilin motosikletlə gəldiyini və bağçaya daxil olmaq üçün divara dırmaşdıqdan sonra təsadüfi olaraq işçiləri və uşaqları əl baltası ilə hədəfə aldığını bildirib.
Hücumçu hadisə yerindən çıxaraq Santa-Katarina 10-cu Hərbi Polis Bölməsinə gedib və orada polisə təslim olub.
Santa-Katarina meri Jorhginho Mello bütün ştatda 3 günlük matəm elan edib və Blumenau şəhərində təhsil-tədris 1 günlük dayandırılıb.
Uşaq bağçasına girib, 4 azyaşlını BALTALADI
06
aprel
22:22
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı