Alkoqoldan sui-istifadə ciddi problemdir, ona görə də bütün dünya üzrə tədqiqatçılar onu minimuma endirmək və spirt istehlakını azaltmaq üçün yollar axtarırlar. Kembric Universitetinin alimləri isə öz variantlarını təklif ediblər.
Xarici media məlumatına görə, İngiltərə və Uelsdə 700-dən çox insan üzərində aparılan araşdırmada onlar aşkar ediblər ki, onlayn alkoqol alıcılarına daha çox sərinləşdirici içkilər təqdim etmək spirtli içkilərin alışında əhəmiyyətli dərəcədə azalma ilə nəticələnib. Təcrübədə iştirak edənlərdən simulyasiya edilmiş supermarketdə onlayn içki almaq istənilib. Pivə, sidr və alkoqolsuz seçimlər də daxil olmaqla 64 seçim təklif edilib.
Könüllülər üç qrupa bölünüb, hər birində sərinləşdirici içkilərin fərqli nisbəti göstərilib. Təcrübənin nəticələri göstərib ki, sərinləşdirici içkilərin ən yüksək nisbəti göstərilən qrup daha az spirt vahidi (17,5 vahid) seçib. Alkoqolsuz içkilərin ən aşağı payı göstərilən qrupda isə bu göstərici 29,4 ədəd olub ki, bu da təxminən 41 faiz təşkil edir.
Yəni, sərinləşdirici içkilərin ən yüksək nisbətinə məruz qalan iştirakçılar arasında, ən aşağı nisbətdə sərinləşdirici içkilərə məruz qalan iştirakçılar tərəfindən alınan içkilərin 70 faizi ilə müqayisədə, alınan içkilərin yalnız 52 faizi spirtli olub.
Alimlər deyirlər ki, supermarketlərdə istehlakçılara daha çox alkoqolsuz içkilər təklif olunarsa, spirtli içkilərin alışında xeyli azalmaya nail olmaq mümkün olacaq. Daha sağlam içki seçimlərinə çıxışı artırmaq və şüşə ölçülərini dəyişdirməklə dünyada potensial zərərli maddələrin istehlakını azaldıla bilər.
Alkoqol içməyi azaltmağın yolları
12
aprel
12:00
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı