Bill Qeyts San-Dieqoda keçirilmiş sammitdə çıxış edən zaman generativ süni zəka sistemləri barəsində yeni fikirlərini səsləndirib. O, neyron şəbəkələrin yaxın gələcəkləri və insanların bu mövzuda rollarından danışıb.
Xarici KİV bildirir ki, onun sözlərinə əsasən ChatGPT kimi neyron şəbəkələri son aylar ərzində sürətlə inkişaf ediblər və hal hazırda onlar bəzi standart tapşırıqları insan səviyyəsində yerinə yetirə bilirlər. Bundan əlavə olaraq müasir çat-botlar sürətlə oxumağı və doğru şəkildə yazmağı öyrəniblər. Bu isə o deməkdir ki, neyron şəbəkələr yaxın gələcəkdə insanları da müəyyən şeylərə öyrədə biləcəklər.
“Növbəti 18 ay ərzində süni zəka müəllimlərin yardımlarına gələcək və təhsil alanlara yazılı tapşırıqlar barəsində yardımçı ola biləcək. Bununla yanaşı süni zəka riyaziyyat barəsində də onlara yardımçı olacaq” - deyə Bill Gates qeyd edib. Bill Gates əbəs yerə öz çıxışı zamanı riyaziyyata toxunmayıb. Belə ki, neyron şəbəkələr hal hazırda riyazi əməliyyatların yerinə yetirilməsində müəyyən çətinliklər çəkirlər. Halbu ki, süni zəka texnologiyalarının yaradılmasında vacib rol oynayan faktorlardan biri də məhz riyaziyyatdır. Gates-in sözlərinə əsasən qəliz riyazi hesablamaların yerinə yetirilməsi üçün süni zəkaya əsaslandırma və məntiq kimi bacarıqları yeritmək lazım gələcək. Gates-in fikrincə bunun üçün müəyyən zaman lazım olsa da, 1.5-2 ildən sonra süni zəka bu mövzuda da nailiyyətlər əldə edə biləcək.
Süni zəka tələbələrə belə yardım edəcək - Bill Qeyts danışır
27
aprel
12:28
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı