“Millət İttifaqı”nın prezidentliyə namizədi, CHP sədri Kemal Kılıçdaroğlu partiyadaşlarının qeyri-adi təklifi ilə üzləşib. Prezident seçkilərinin ikinci turuna cəmi bir neçə gün qalmış olsa da, CHP-lilər öz liderlərini partiya sədrliyindən istefa verməyə səsləyirlər.
Bu təklif CHP-yə məxsus sosial şəbəkə qruplarında paylaşılıb. Təklifin müəllifləri K.Kılıçdaroğlunun istefa verməsinin onun əleyhinə deyil, əksinə, lehinə olacağını bildirirlər. CHP-lilər iddia edirlər ki, K.Kılıçdaroğlu ikinci turda Prezident Ərdoğanla CHP sədri kimi deyil, ümumxalq namizədi statusu ilə mübarizə aparmalıdır. Onların iddiasına görə, partiya “şinel”indən çıxması, ikinci turda K.Kılıçdaroğlunun şansını artıracaq.
CHP daxilində mövcud olan fraksiyalardan birinə məxsus olan bu təklif partiya kuluarlarında bir o qədər də isti qarşılanmayıb. CHP elitasında təmsil olunan xeyli adam bu təklifin arxasında xoş niyyətin dayanmadığını düşünürlər. Onların fikrincə, partiyadaxili müxalifət prezident seçkilərinin ikinci turu ərəfəsində K.Kılıçdaroğlunun “vurulmuş lider” obrazını yaratmağa çalışırlar. “Vurulmuş” müxalifət liderinin “siyasət divi” Ərdoğan üzərində qələbə çalacağı isə inandırıcı görünmür.
Məlum təklifin CHP-də təfriqə yaradacağı və partiyadaxili qarşıdurmanı gücləndirəcəyi gözlənilir.
Partiyadaşları Kılıçdaroğluna səsləndi: “İstefa ver!”
18
may
10:44
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı