Almaniya hakimiyyəti Türkiyə Mərkəzi Seçki Komissiyasına prezident və parlament seçkiləri üçün doqquz bölgədə əlavə seçki qutularının quraşdırılmasına icazə verməyib.
Bunu çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalına açıqlamasında deyib.
“Biz MSK-ya bildirmişik ki, o, bizim nümayəndəliklərimiz olmayan, lakin çoxlu vətəndaşlarımızın yaşadığı və səsvermə üçün əlverişli şərait olan xarici ölkə şəhərlərində seçki qutuları quraşdıra bilər. Biz bunu bir sıra yerlərdə etmişik. ABŞ-də, Avstriyada, Niderlandda, Fransada daha iki seçki məntəqəsi açılıb. Almaniyada isə çoxlu sayda vətəndaşımızın yaşadığı 9 regionda onlar üçün seçki məntəqələri təşkil etməyə icazə verilməyib”, - deyə nazir bildirib.
O qeyd edib ki, “belə hərəkətlərin səbəbi məlumdur”.
“Bu bölgələrdə səslərin əksəriyyəti prezidentimiz Rəcəb Tayyib Ərdoğana verilir. Almaniyada bunu əvvəlki seçkilərdən bilirlər. Ona görə də Almaniya hakimiyyətinin bu davranışını qəsdən atılan addım hesab edirəm. Bu vəziyyəti almaniyalı həmkarımla müzakirə etmək istədim, amma Xarici İşlər Nazirliyindən, cavab gəlmədi. Hətta telefonla da danışa bilmədik, indi isə prezidentin ikinci turda qalib gələcəyi məlum olanda onlar bunun qarşısını almaq üçün əllərindən gələni edirlər”, - deyə Çavuşoğlu vurğulayıb.
Almaniyada Türkiyənin əlavə seçki məntəqələri açmasına icazə verilmədi
18
may
11:41
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı