Rusiyanın Daxili İşlər Nazirliyi rus aktyor Aleksey Panini axtarışa verib.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 
Bildirilir ki, onun barəsində terrora haqq qazandırmaq maddəsi ilə cinayət işi başlanıb. Buna səbəb aktyorun ötən ilin oktyabrında Krım körpüsündə baş verən partlayışla bağlı yayımladığı paylaşım olub.