Estoniya Xarici İşlər Nazirliyi Patriarx Kirill də daxil olmaqla 58 rusiyalının ölkəyə girişini qadağan edib.
Bu barədə Estoniya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Bu gün xarici işlər naziri Marqus Saxkna “Maqnitski siyahısı”nı yenidən qüvvəyə mindirdi. Bu siyahı 58 nəfərin, o cümlədən Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin, həmçinin hüquq müdafiəçisi Vladimir Kara-Murzanı təqib edən və həbs edən 9 nəfərin Estoniyaya girişini qadağan edir”, - deyə məlumatda qeyd edilib.
Tallinin bəyanatına görə, Estoniyanın rəsmi mövqeyi ondan ibarətdir ki, Kara-Murzanın təqibçiləri insan haqları üzrə qlobal sanksiyalar rejiminə daxil edilməlidir.
Saxkna bildirib ki, Rusiyanın Ukraynaya qarşı hərəkətlərini dəstəkləyən insanlar Estoniyada xoş qarşılanmır. Xarici İşlər Nazirliyinin rəhbəri bütün ölkələri Rusiyanın hərəkətlərini dəstəkləyənlər üçün ölkəyə giriş qadağası tətbiq etməyə çağırıb.
Mənbə: TASS
Estoniya XİN 58 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda Patriarx Kirill də var
10
iyun
12:19
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı